Stuxlik Avropa

Stuxlik Avropa "mədəniyyətini" Azərbaycan futboluna gətirib - YAZI

Futbol bir oyundur, sadə, cəlbedici, irqindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq milyonları birləşdirməyi bacaran möhtəşəm oyun...

Son 20-30 ildə isə futbol bir industriyaya çevrilib. Hətta daha önə gedərək futbolla yanaşı siyasəti, iqtisadiyyatı, mədəniyyəti özündə cəm olaraq birləşdirib...

Artıq futbol sadə bir oyun deyil, bütün dünyanı özündə birləşdirən böyük varlıqdır.

Azərbaycanda futbol çox sevilir. Nəticələr ürəkaçan olmasa da, bir nömrəli idman növüdür. Futbol başbilənləri bunları dərk etmir, etmək istəmir, özləri futbolda yad simalardı...

Azərbaycan çempionatı altında keçirilən "Bakı birinciliyi"nın son turu bunu bir daha sübuta yetirdi... Son illər ərzində biabırçılıqlar çox olub, bu dərəcədə çılpaqlığı ilə hələ olmamışdı...

Futbol başbilənlərinin "əcnəbi sevgisi"nə, futbol idarəçiliyinə layiqli cavabı da adlandırmaq olar... Stuxlik-Monroz əcnəbi sevgisinin cavabı...Daha doğrusu, Stuxliki Azərbaycana gətirənlərə Monroz vasitəsilə əyani "dərsliyi"...

Stuxlik Avropa "mədəniyyətini" Azərbaycan futboluna gətirib. Dövlətin, xalqın bir ətək pulu qarşılığında ölkə futbolunda nəyin necə olduğunu göstərir...

Futbolumuzun təmiz, mavi səmalara ehtiyacı var, futbolun əcaib "mavi" fonuna bulaşmasına yox. Bu artıq futbola "var-yox" deməkdir...

Var demişkən, nə yaxşı ki, VAR sistemi hələ yoxdur. Təsəvvür edin, canlı yayımda, VAR-da "var-yox" epizodu artıq 10 milyonluq xalq qarşısında "dala-qabağa" müzakirə edilir. Biri deyir "çıxıb", biri deyir "çıxmayıb", və "çıxıb-çıxmadığına" görə "mükəmməl" hakim qərarı verilir...

Bəlkə belə durum Stuxlikə, havadarlarlıra xoşdur. Ölkə futbolunu idarə edənlər öyrəncəlidir, lomayalardan tutmuş buna bənzər eybəcərliklərə alışıblar artıq...

Futbolda belə halların yaşanması isə Azərbaycan xalqına qarşı təhqirdir. Və bu şəraiti yaradanlar monrozlar, lomayalar, başqaları deyil, stuxliklər, "sapı özümüzdən olan baltalardı"...

Futbol milyonlar qarşısında oynanılan oyundur. Yerli futbolçu belə bir addım atsaydı, düşmən elan olunub ölkədən sürgün edilərdi...

Futbola rəhbərlik edənlər, futbol qalsın bir kənara, xalqa, dövlətçiliyə, özlərinə bir faiz də hörmətləri varsa, təcili Monrozlu, Stuxliki elə bir qərar verilməlidir ki, 24 saata Azərbaycanı tərk etsinlər...

Qərar epizodlarla təsdiq edilib FİFA, UEFA-ya göndərilməli (bu hərəkətə görə ali qurumlardan dəstək birmənalıdır), federasiyanın, futbol ictimaiyyətinin tələbi ilə təhqir maddələrinə uyğun şikayət hüquq-mühafizə orqanlarına təqdim edilməlidir. Futbolu idarə edənlərdən tutmuş futbolda olan hər kəsə dərs olmalıdır...

Əgər çıxarılacaq qərar maksimum 5-10 oyunluq cəza olacaqsa, özünüzün özünüzə verdiyiniz dəyər bu olacaq...

Futbolu inkişaf etdirə, mədəniyyətə çevirə bilmirsinzsə, heç olmasa özünüzə dəyər verin. Əks halda o "jesti" qəbul etmiş sayılacaqsınız...
 
Tahir Süleymanov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR