Ştuxlikdən “üsyançılar”a şərt – Kim üzr istəməsə...

Ştuxlikdən “üsyançılar”a şərt – Kim üzr istəməsə...

Martın 3-də keçirilən Hakimlər Komitəsinin toplantısında dava düşdüyü haqda oxucularımıza məlumat vermişdik.

Özəl məlumatımızda bildirilirdi ki, toplantıda dava düşüb və bir qrup təcrübəli hakim sədr Frits Ştuxlikə qarşı üsyan bayrağı qaldırıb. Təcrübəlilər onlara qarşı qərəzin olduğunu, adicə səhvlərə görə uzun müddət cəza aldıqlarını deyiblər. Onlar Ştuxliki gənclərə qarşı loyal davranmaqda, "seçilmiş” hakimlərin səhvlərinə göz yummaqda günahlandırıb.

Həmin gün keçirilən toplantı dava səbəbindən yarımçıq qalmışdı, yığıncağı bitirmək mümkün olmamışdı.

Redaksiyamıza avstiriyalı sədrin yeni hoqqası barədə yeni informasiya daxil olub. Sən demə, Frits Ştuxlik narazı hakimlərə qarşı sərt davranmaqda israrlıdı. Ştuxlik onlardan tələb edib ki, ona qarşı yol verdiyi hərəkətlərə görə üzr istəməlidlər. Əks halda, həmin hakimlərin, hətta hakim-inspektorların adı "qara siyahıya” salınacaq, Hakimlər Komitəsinə üzv olanların səlahiyyətinə xitam veriləcək və narazılar təyinat üzünə həsrət qalacaqlar. 

Ştuxlikin təzyiqindən sonra geri çəkilənlər, ondan üzr istəyənlər də olub. Həmin şəxslərin adları bizə məlum olsa da, bəzi səbəblərdən adları işıqlandırmırıq.
 
Mövzunu diqqətdə saxlamağa davam edəcəyik.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR