"Dabonu komandadan rədd etmək lazımdı" - ETİRAZ

"Neftçi" ilə azarkeşlər arasında baş verən məlum qalmaqala görə "Forza Neftçi" tribunadan çəkildiyini elan etdi.  Azarkeş qrupu etiraz əlaməti olaraq müəyyən müddət komandaya dəstək verməyəcəklərini rəsmi "feysbuk" səhifəsi vasitəsilə açıqlamışdı. Ancaq bu addımla fanklub təzyiqləri azaltmaq niyyətində deyil. Hətta azarkeşlərin münasibətləri daha da kəskinləşib. Buna səbəb isə Baqali Dabonun "Neftçi" azarkeşlərini təhqir etməsidi. Sosial şəbəkədəki şəxsi "İnstaqram" səhifəsində etdiyi paylaşıma görə Dabo rəsmən fanat ordusuna meydan oxuyub və təbii ki, bir anda, belə demək mümkünsə onların düşməninə çevrilib. Düzdü "Neftçi" dünən bəyanat yayaraq məsələnin nəzarət altında olduğu və hücumçunun etik kodeksə uyğun olaraq cəzalandırılacağını açıqlayıb. Ancaq bütün bunlara baxmayaraq azarkeşlər digərləri ilə yanaşı Dabonun da tezliklə klubdan uzaqlaşdırılmasını istəyir.

Bunları "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyev Sport7.az-a açıqlamasında deyib: "Açığı oyunları boykot etdiyimiz üçün bununla bağlı danışmaq istəmirəm. Bəyanat da yaymışıq. Nə edəcəyimizə sonra qərar verəcəyik. Dabonun hərəkətinə gəlincə, əlbəttə, böyük tərbiyəsizlik edib. Onu komandadan qovmaq deyil, rədd etmək lazımdı. Rəhbərlik azarkeşə, "Neftçi"nin Banişevski, Zaur Tağızadə kimi tarixinə, adına hörmət edirsə, Dabo qovulmalıdı. "Neftçi" tarixinin ən uğursuz məşqçilərindən lan Elxan müəllimin vaxtında Katalin Tiranı bağışlamadılarsa, bu rəhbərlik də Dabonu bağışlamamalıdı. Dabo qəti şəkildə "Neftçi"yə, o frmanı geyməyə layiq deyil. İstəyir lap 40 qol vursun. Onun kimi oyunçu tapacaqlar. Amma klubla azarkeşlərin münasibətlərinin belə bir vaxtında o hörmətsizlik edən futbolçunu bağışlayacaqlarsa, daha buna sözümüz yoxdu".

Əliyev o futbolçunu heç vaxt bağışlamayacaqlarını və nə vaxt stadiona getsələr, etiraz edəcəklərini də bildirdi: "Əlbəttə, nə vaxt stadiona getsək və onu meydanda görsək, bundan da kəskin etirazlarımız olacaq. Baqalidən 10 dənə də olsa heç kim "Neftçi"nin şanlı formasından, hətta çölə atılan azarkeşinin heç birindən artıq deyil. Dua etsin ki, tribunada olmayacağıq. Yoxsa onun cavabını layiqincə verərdik. O kimdi ki? Gəlmisən Azərbaycanın pulun yeyirsən, mükfat alırsan, qəlyanın çəkirsən, ancaq azarkeşlərini təhqir edirsən. O "Neftçi" formasını getməyə layiq deyil".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR