Süleymanov Xəlilzadəyə çatdı

Süleymanov Xəlilzadəyə çatdı

Azərbaycan Premyer Liqasının XIV turunun "Səbail”lə qarşılaşması Nicat Süleymanovun dublu ilə əlamətdar olub.
 
Sport7.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi vurduğu iki qolla "Zirə”nin 4:1 hesablı qələbəsinə töhfə verib. Bu, Nicatın komandasının heyətində ikinci dubludur. Hər iki uğuruna cari mövsüm Premyer Liqada imza atan futbolçu öncə "Sabah”la oktyabrın 26-da keçirilən səfər matçında (2:2) fərqlənib.

Süleymanov "Zirə”nin heyətində Premyer Liqada ən çox dubl edən yerli futbolçu adına şərik olub. O, 2017/18 mövsümündə iki oyunda bunu reallaşdıran Təmkin Xəlilzadəyə çatıb.
 
Klub tarixinin rekordçuları isə salvadorlu Nelson Bonilya və paraqcvaylı Xulio Sezar Rodrigezdir. Onlar hərəyə üç oyunda iki qol vurublar.
 
"Qartallar”ın heyətində Premyer Liqada dubl edən digər 7 futbolçu isə bir dəfə bunu bacarıb. Ümumilikdə isə "Zirə”nin futbolçuları indiyədək Premyer Liqa görüşlərində 17 dubla imza atıblar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR