Sulşer:

Sulşer: "Mançester Yunayted" geri qayıdacaq"

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer komandadakı son vəziyyət barədə fikirlərini Qari Nevillə bölüşüb:

"Azarkeşlərin ünvanına müəyyən mesajlar səsləndirmək həmişə çətindi. Sadəcə, deyə bilərəm ki, bizim ambisiyalarımız var. Bu klubun ambisiyası qələbə qazanmaqdı. Yaxşı futbol oynayaraq titul qazanmaq məcburiyyətindəyik.

Gənc futbolçulara şans vermək bizim DNT-mizdə var. Bu mənada ən yaxşı nümunə "92 sinifi"di. İndi də heyətimizdə yaxşı gənc futbolçular var. Onlar bizim gələcəyimizdilər.

Təbii ki, hazırda çətin perioddan keçirik. Amma əminəm ki, gələcəkdə bu, bizim xeyrimizə olacaq. Klub özünə gələcək. Son 6 həftə çətin keçdi. Nəticə qazana bilmirik. Digər tərəfdən, "Çelsi" ilə oyun bizim, əslində, necə yaxşı oynaya biləcəyimizi göstərdi.

Biz geri qayıdacağıq".

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR