Sulşer:

Sulşer: "Özümüz özümüzə çətinlik yaratdıq"

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer "Astana" üzərindəki qələbəni (1:0) belə şərh edib:

"Özümüz özümüzə çətinlik yaratdıq. Belə oyunlarda ilk 20 dəqiqə ərzində qələbəyə inam hissini maksimuma çatdırmaq, qalan dəqiqələrdə isə oyundan həzz almaq istəyirəm.

Bəzi futbolçularımızın oyun praktikasına ehtiyacı var - bunu görmək elə də çətin deyil. Yenə də, 3 xal qazanmaq sevindiricidi. Əminəm ki, Qrinvud evə çatanda vurduğu qolun önəmini daha da yaxşı dərk edəcək.

Düşünürəm ki, bu gün gənc futbolçularımızın əlinə əla imkan düşmüşdü. Hazır olmasalar, onları heyətə daxil etməzdik. Onlardan bəziləri "Vest Hem"ə qarşı oynamayacaqlar. Amma gənclərin bir çoxunu "Roçdeyl" ilə oyunda meydanda görə biləcəksiniz".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR