Şumaxer Bakıda qəzaya düşdü

Şumaxer Bakıda qəzaya düşdü

Bakıda keçirilən "Formula 2” üzrə yarışın ilk qalibi müəyyənləşib. 
 
"Kampos” komandasının pilotu Cək Eytken bütün rəqiblərini geridə qoyub. ART-dən Nik de Vris ikinci, "MP-Motorsport”dan Cordan Kinq üçüncü olub. 

20 iştirakçıdan 13-ü finişə çatmağı bacarıb. Yarış zamanı 2 qəza baş verib. "Trident”in pilotları Ralf Boşunqla Culiano Alezi bir-birinə problem yaradıblar. Onlar xoşagəlməz hadisə ilə startda üzləşiblər. Bolidi ciddi zərər görən Alezi yarışı vaxtından əvvəl bitirib. 

Həmçinin məşhur pilot Mixael Şumaxerin oğlu Mik Şumaxer də qəzanın "qurban"ı olub. Beton səddə çırpılan almaniyalının bolidinin arxası sıradan çıxıb və Mik mübarizəni dayandırıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR