Şumaxerin oğlu Almaniya Qran-Prisində

Şumaxerin oğlu Almaniya Qran-Prisində

"Ferrari” yürüş akademiyasının pilotu, əfsanəvi yürüşçü Mixael Şumaxerin oğlu Mik Şumaxer "Ferrari” motoru ilə işləyən bolidlərdən birinin sükanı arxasında iyulda keçiriləcək Almaniya Qran-Prisinin sınaq yürüşlərində iştirak edəcək.

Sport7 "Express.de” saytına istinadla xəbər verir ki, "Xokkenhaymrinq” trasının marketinq şöbəsinin nümayəndəsi Yorn Teske artıq bu ideyanı dəstəkləyib. O bildirib ki, Mikin sınaq yürüşlərində iştirakı Formula 1-in alman pərəstişkarları üçün parlaq hadisə olacaq.

Mik Şumaxer Bəhreyn Qran-Prisində iki gün ərzində sınaqlarda iştirak edib. O vaxt pilot ilk dəfə müasir Formula 1 bolidinin sükanı arxasına keçib. Şumaxer ilk gün "Ferrari”nin, ertəsi gün isə "Alfa Romeo”nun bolidlərini idarə edib.

Pilot bildirib ki, növbəti dəfə Formula 1 bolidinin sükanı arxasına keçəcəyi vaxtı bilmir. O qeyd edib ki, hazırda bütün diqqətini Formula 2 yarışlarına yönəldib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR