"Şumaxerin rekordunu qırmaq kimi bir hədəfim heç vaxt olmayıb" - Hemilton

6-cı dəfə "Formula 1"-in qalibi olan Lyuis Hemilton Mixael Şumaxerin rekordunu (7 titul) təkrarlamaq barədə düşünmədiyini bildirib:

"Mixael Şumaxerin rekordunu qırmaq kimi bir hədəfim heç vaxt olmayıb. Rekordlar haqqında düşünən biri deyiləm. Əlbəttə, Mixaelə yaxınlaşmağın əlçatmaz olduğuna inananlardan biri idim. Yadımdadı, ikinci titulu qazanmaq üçün uzun müddət gözləməli olmuşdum. Rekord yaxın görünsə də, əslində, bir o qədər uzaqdı. Ona görə də təsəvvür etməkdə çətinlik çəkirəm.

Növbəti aylarda, növbəti mövsümdə yeni çağırışlar olacaq. Digər komandalara nəzər salın, mövsümün ikinci hissəsində əla çıxış etdilər. Həm mən, həm də ətrafımdakılar yeniliklərdən istifadə etməliyik. Amma indidən bu barədə düşünmək istəmirəm. Həmçinin 7-ci titul məsələsini də bir kənara atmaq niyyətindəyəm. Sadəcə, hər qələbədən zövq almağa çalışıram. Sabah nə baş verəcəyini heç kim bilmir. Hər günümüzdən zövq almalıyıq. Çünki bu gün zirvədəsən, sabah isə yox".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR