“Sumqayıt” 1-ci dövrədə - STATİSTİKA

“Sumqayıt” 1-ci dövrədə - STATİSTİKA

Azərbaycan Premyer Liqasında 28 turluq marafonun 1/4 hissəsi artıq yekunlaşıb.
 
Sport7.az xəbər verir ki, "Sumqayıt” ilk dövrənin oyunlarını 2 qələbə, 1 heç-heçə və 4 məğlubiyyətlə yekunlaşdırıb. 7 oyuna 5 qol vurub, öz qapısında isə 9 top görən komanda 7 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Baş məşqçi Ayxan Abbasov geridə 7 tur ərzində 22 futbolçunun xidmətindən yararlanıb. Bu futbolçulardan 8-i – Mehdi Cənnətov, Vüqar Mustafayev, Əmir Ağayev, Şəhriyar Əliyev, Sərtan Taşqın, Elvin Bədəlov, Peyman Babayi və Amil Yunanov ilk dövrənin bütün qarşılaşmalarında iştirak edib. Onu da qeyd edək ki, Mehdi Cənnətov dövrə ərzində əvəzlənməyən yeganə futbolçu olub.

"Sumqayıt”ın ilk dövrədəki ev oyunlarını 4700, səfərdə isə 2200 olmaqla, ümumilikdə 6900 tamaşaçı izləyib. Evdə ən yüksək göstərici "Sumqayıt” – "Zirə” matçında (1400 tamaşaçı), səfərdə isə "Neftçi” – "Sumqayıt” matçında (1000 tamaşaçı) qeydə alınıb.

Komanda ilk dövrədə 5 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 3 qolu Mehdi Şərifi (6 oyun, 493 dəqiqə), 1-ni isə Sərtan Taşqın (7 oyun, 579 dəqiqə) tora ünvanlayıb. Yerdə qalan 1 qol isə avtoqol nəticəsində vurulub.

Mehdi Cənnətov – 7 oyun (630 dəq.)
Vüqar Mustafayev – 7 (626)
Əmir Ağayev – 7 (623)
Şəhriyar Əliyev – 7 (613)
Sərtan Taşqın – 7 (579)
Elvin Bədəlov – 7 (439)
Peyman Babayi – 7 (406)
Amil Yunanov - 7 (253)
Mehdi Şərifi – 6 (493)
Səbuhi Abdullazadə - 6 (451)
Elvin Cəfərquliyev – 5 (427)
Cəmaləddin Xocaniyazov – 4 (360)
Süleyman Əhmədov – 4 (227)
Vurğun Hüseynov – 3 (270)
Rəhim Sadıxov – 3 (79)
Rail Məlikov – 2 (180)
Murad Xaçayev – 2 (172)
Elgün Nəbiyev – 2 (45)
Xəyal Nəcəfov – 2 (4)
Ehtiram Şahverdiyev – 1 (18)
Rüfət Abdullazadə - 1 (18)
İlqar Qurbanov – 1 (1)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR