"Sumqayıt-2"dən qələbə, qalanlarından heç-heçə

Birinci Divizionda 2019/2020 mövsümünün ilk turuna start verilib.
 
Sport7.az xəbər verir ki, tur çərçivəsində artıq 3 qarşılaşma baş tutub. "Qaradağ Lökbatan" doğma meydanda "Sumqayıt-2"yə məğlub olub. "Kəpəz" isə Birinci Divizionun son çempionu ilə qarşılaşıb və matç "sülh"lə bitib. Elə "Neftçi" və "Keşlə"nin də əvəzediciləri meydançadan hərəyə 1 xalla ayrılıb. Turun qalan 3 görüşü bu gün keçiriləcək. "Zaqatala" doğma meydanda "Sabah-2", "Zirə"nin əvəzediciləri "Ağsu", "Səbail"in 2-ci komandası isə tovuzlularla qarşılaşcaq.
 
Birinci Divizionda 13 iştirakçı olduğundan, hər turda bir komanda məcburi istirahət edir. Bu səbəbdən ilk turda istirahət növbəsi "Qarabağ-2"nin olub.
 
"Kəpəz" - MOİK 2:2
(Novruz Məmmədov, 15, 72, Camal Camalov, 5, Tural Qürbətov, 69) 

"Neftçi-2" - "Keşlə-2" 1:1
(Elnur Süleymanov, 77, Elmir Rəhimzadə, 72-p.)
 
"Qaradağ Lökbatan" - "Sumqayıt-2" 0:2
(Baxşəli Baxşəliyev, 76, Elnur Cəfərov, 87)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR