"Sumqayıt" sabah rumınlarla oynayacaq

"Sumqayıt" FK Antalya toplanışının 6-cı günündə axşam məşqini keçirib.
 
Sport7.az xəbər verir ki, təxminən 1 saat 15 dəqiqə davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
 
"Sumqayıt" sabah Türkiyədə növbəti yoxlama oyununu keçirəcək. Komanda Rumıniyanın "Politexnika İaşi" kollektivi ilə qarşılaşacaq.
 
Qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da "Topkapı" otelinin meydançasında keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR