"Sumqayıt" yenidən Qəbələyə üz tutacaq

2020/2021 mövsümünə Qəbələdə hazırlaşan "Sumqayıt" komandası bu gün toplanış çərçivəsində sonuncu yoxlama oyununu keçiriəcək.

Klubun Mətbuat katibi Rəşad Məmmədovun "Report"a verdiyi məlumata görə, hazırlıq prosesinin ilk mərhələsinə "Qəbələ"yə qarşı matçla yekun vuracaq "gənclik şəhəri" təmsilçisi gecə saatlarında geri qayıdacaq.

Baş məşqçisi Ayxan Abbasov avqustun 9-dək futbolçulara istirahət verəcək. Ayın 10-da isə "Sumqayıt" yenidən Qəbələyə qayıdacaq və avrokuboklarla yeni mövsümün hazırlığını əyalətdə davam etdirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" matçı saat 18:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR