“Sumqayıt”a qarşı 20-ci oyun

“Sumqayıt”a qarşı 20-ci oyun

Azərbaycan Premyer Liqasında VI turun oyunları bu həftə keçiriləcək.
 
Sport7.az xəbər verir ki, "Zirə” "Sumqayıt”la üz-üzə gələcək. Çempionatın lideri olan "qartallar” səfər matçına çıxacaq. Oktyabrın 18-də baş tutacaq oyun iki rəqib arasında 20-ci qarşılaşma olacaq.

İndiyədək "Zirə” Premyer Liqada 19 dəfə "Sumqayıt”la üz-üzə gəlib. Böyük üstünlüyə malik olan komanda 10 qələbə qazanıb və 4 heç-heçə edib. 5 dəfə uduzan "qartallar” top fərqində də öndədir. Rəqib qapısına 26 qol vuran komanda 17 top buraxıb. Səfərdə baş tutan 10 görüşdə 4 dəfə qalib olan "Zirə” rəqib meydanında eyni sayda məğlubiyyət alıb. 2 dəfə sülhlə ayrılan rəqiblərin matçlarında 10 qol vuran "qartallar” 9 top buraxıb.

Oktyabrın 18-də "Kapital Bank Arena”da keçiriləcək "Sumqayıt” - "Zirə” matçı saat 16:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR