"Sumqayıt"dan nümunəvi addım: yaşlı inanlara ərzaq payladlar - FOTOLAR

"Sumqayıt” Futbol Klubunun təşkilatçılığı, "Paşa Həyat Sığorta” ASC, "Kapital Bank” ASC və "Universal-PRO” MMC-nin dəstəyi ilə komandanın futbolçuları "Evdə qal, sağlam qal” adlı aksiya çərçivəsində şəhərin yaşlı sakinləri ilə evlərində görüşüb.
 
Sport7.az xəbər verir ki, görüşdə "Sumqayıt” FK-nın əsas komandasının məşqçiləri – Mehman Yunusov, Eduardo Balada, eyni zamanda futbolçular – Mehdi Cənnətov, Elvin Bədəlov, Cəmaləddin Xocaniyazov, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Mehdi Şərifi və Xəyal Nəcəfov iştirak edib.
 
Xüsusi karantin müddəti boyunca onlara evdən çıxmamağı məsləhət görən komandanın üzvlərinə şəhər sakinləri belə çətin günlərdə yaşlıları unutmadıqları üçün çox sağ ol deyib və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər. Yaşlı sakinlər futbolçular tərəfindən ərzaq tədarükü ilə təmin olunub.
 
"Sumqayıt" "Evdə qal, sağlam qal” adlı aksiyasını mütəmadi olaraq davam etdirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR