"Sumqayıt"dan "Qarabağ"a 6 qol

AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda növbəti turun oyunları keçirilib.
 
Sport7.az xəbər verir ki, "Sumqayıt"ın 16 yaşadək futbolçulardan ibarət komandası bu gün "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Qarabağ"lı həmyaşıdları ilə qarşılaşıb. Zahir Əsgərzadənin yetirmələri matçı 6:1 hesablı qələbə ilə bitirib. Əjdər Hacılının het-trik etdiyi oyunda 2 dəfə Sənan Ağayev, 1 dəfə isə Mübariz Hüseynzadə rəqib qapısına yol tapıb.

Bundan başqa, U-19 komandamız da dünən növbəti oyununu keçirib. Vüqar Quliyevin çalışdırdığı komanda "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Zirə"ni qəbul edib. 90 dəqiqənin tamamında qarşılaşmada hesab açılmayıb.

U-19 Liqası
"Sumqayıt" - "Zirə" 0:0

U-16 Liqası
"Sumqayıt" - "Qarabağ" 6:1
Qollar: Əjdər Hacılı (3), Sənan Ağayev (2), Mübariz Hüseynzadə.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR