"Sumqayıt"ı daha bir futbolçu tərk edə bilər

Maliyyə problemi yaşadığı üçün dağılmaq təhlükəsi ilə üzləşən "Sumqayıt" futbolçuları ilə bir-bir yollarını ayırır.

Sport7.az xəbər verir ki, Şəhriyar Əliyev, Aleksey İsayev və Mehdi Şərifidən sonra daha bir oyunçu komandanı tərk edə bilər. 
 
Söhbət cinah müdafiəçisi Sərtan Taşkından gedir. Ötən ilin yayında "Keşlə"dən transfer edilən 23 yaşlı oyunçunun artıq bir təklifi var. Gənclər millimizin sabiq oyunçusu "Zirə"nin maraq dairəsindədir. Qəsəbə təmsilçisi Sərtanla artıq danışıqlara başlayıb. Futbolçu özü "Sumqayıt"dakı qeyri-müəyyənlik üzündən ayrılmağın əleyhinə deyil. Lakin onun "kimyaçılar"la müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, bunun üçün rəhbərliyin razılığını almalıdır.

Taşkın 2019/20 mövsümündə Premyer Liqanın 20 matçının 18-də iştirak edib, 1 qola imza atıb. "Sumqayıt" isə 4-cü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR