"Sumqayıt"ın ən böyük qələbəsi, Pərdisin yazdığı tarix

"Sumqayıt”ın 10-cu ildönümü ilə əlaqədar olaraq klubun mətbuat xidməti "Yaxın keçmişə səyahət” rubrikasını davam etdirir.
 
Sport7.az xəbər verir ki, 2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan "Sumqayıt” FK-nın ən böyükhesablı qələbəsi 11.03.2013-cü ildə olub. Həmin tarixdə Tovuzun "Turan” komandası ilə qarşılaşan komandamız Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun müəyyən səbəblərə görə təmirdə olduğu üçün rəqibini "Bayıl Arena”da qəbul edib. Qarşılaşma 4:0 hesabı ilə "Sumqayıt”ın qələbəsi ilə yekunlaşıb. Bu oyunda vurulan 4 qolun hamısının müəllifi Pərdis Fərcad-Azad olub. Hazırda Almaniyada top qovan Azərbaycan əsilli futbolçu ilk və son poker edən futbolçu kimi klubun tarixə düşüb. Pərdis bundan başqa, "Sumqayıt"ın tarixində ən çox qol vurmuş ikinci futbolçu kimi də diqqət mərkəzindədir. O, "Sumqayıt” FK-nın heyətində ümumilikdə 22 qol vurub. Pərdis bu göstərici ilə yalnız hazırda komandada top qovan Amil Yunanovdan geri qalır.

"Sumqayıt” FK-nın 10 illik tarixi ərzində ən böyükhesablı məğlubiyyəti isə 17.12.2012-ci ilə təsadüf edib. Həmin tarixdə komanda "Bakcell Arena”da "Neftçi”yə 1:8 hesabı ilə məğlub olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR