Millimizin futbolçusu

Millimizin futbolçusu "Sabah"da - RƏSMİ

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sport7.az xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

İsayev karyerası ərzində Rusiyanın "Yenisey” (2014-17, 2017/18) və "Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası "Sumqayıt” (2018-2020) olub.

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR