“Sumqayıt”ın məşqçisi:

“Sumqayıt”ın məşqçisi: "Onun şəxsi həyatında problemlər var"

Azərbayan Premyer Liqasının IV turu çərçivəsində doğma "divarlar arası”nda "Zirə”yə 1:2 hesabı ilə uduzan "Sumqayıt”ın məşqçisi Elnur Çodarov mətbuat konfransı keçirib. Mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb. 

- İlk yarıya pis başladıq. Bunun nəticəsi kimi qapımızda qol gördük. Ancaq tədricən toparlandıq və fasiləyədək hesabı bərabərləşdirdik. İkinci hissədə daha yaxşı oynadıq. "Zirə” kimi komandayla oyunda 2 dəfə 100 faizli imkanı qaçırırsansa, bunun acısını çəkirsən.

- İkinci qolda Tiqrudja əllə oynadı...
- Həmin anı görmədim. Amma oyundan sonra təkrarda gördüm ki, əllə oyun var idi.

- Sərtan Taşkını böyük ümidlərlə transfer etsəniz də, ikinci oyundu ki, tempə tab gətirmir. Problem nədədi?
- Doğru qeyd edirsiniz. Onun şəxsi həyatında müəyyən problemlər var. İnanırıq ki, hər şey qaydasına düşəcək. (Sport24.az)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR