"Sumqayıt"ın Naxçıvan proqramı: "Azarkeşlərə niyə əziyyət verək?"

"Sumqayıt"ın "Qəbələ" ilə qarşılaşcağı kubkun final matçı üçün səfər planı müəyyənləşib.

Bu haqda klubun mətbuat katibi Rəşad Məmmədov bildirib. Məmmədov Sport7.az-a açıqlamasında Naxçıvana nə vaxt yola düşəcəklərini də deyib: "Komanda dünəndən məşqə başlayıb. Sabahdan da ikigünlük təlim-məşq toplanışına start veriləcək. Komanda otelə yerləşdiriləcək. Ancaq toplanışını Bakıda, yoxsa Sumqayıtda olacağı hələ dəqiqləşməyib. Ayın 17-si axşam Naxçıvana yola düşürük. Orada "Təbriz" otelində qalacağıq. Oyundan bir gün əvvəl, saat 17.00-da məşqimiz olacaq".

Rəşad bəy Naxçıvana azarkeş aparacaqlarını, özü də bunu təyyarə ilə həyata keçirəcəklərini söylədi: "Naxçıvana təyyarə ilə 40-a yaxın azarkeşimiz gedəcək. İran yolu ilə göndərsək qiymət baxımından təxminən yenə eyni rəqəmə gəlib çıxır. Onlara niyə əziyyət verək? Məntiqlə götürsək, 40 nəfər üçün təyyarə ilə gediş-gəliş 4000 manata başa gələcəksə, avtobus İran yolu ilə aparmaq üçün 1500-2000 manat istəyəcək. Üstəlik onların bir neçə dəfə qidalanmasını nəzərə alsaq elə təxminən eyni qiymətə başa gələcək".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR