"Sumqayıt"ın və millimizin sabiq futbolçusunun yeni klubu müəyyənləşdi

İsrail "Makkabi"sindən (Petah-Tikva) ayrılan Azərbaycan millisinin və "Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev "Hapoel"ə (Ramat-Qan) keçib.

Sport7.az xəbər verir ki, bu haqda Ramat-Qan təmsilçisinin rəsmi saytında məlumat yer alıb. 31 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Təcrübəli oyunçu daha əvvəl İsrail mətbuatına açıqlamasında yenidən "gənclik şəhəri" təmsilçisinə qayıda biləcəyini istisna etməmişdi.

2018-ci ildə "Sumqayıt"da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR