"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşdi

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb. Sport7.az xəbər verir ki, söhbət əvəzedici komandadan gedir.

Bu barədə saytımıza məlumatı klubun meneceri Ceyhun Sultanov verib. Onun sözlərinə görə, Rövşən Babayev "Vətən"də çalışmağa üstünlük verib və bu səbəbdən qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Klub meneceri yeni baş məşqçinin kimliyini də açıqlayıb. Belə ki, bundan sonra əvəzedici komandaya Mübariz Orucov başçılıq edəcək.

Qeyd edək ki, Rövşən Babayev "Sumqayıt"la yanaşı, vaxtı ilə "Simurq"un da əvəzedici komandasını çalışdırıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR