“Survivor”u tərk edən Pərviz daha bir şok yaşadı

“Survivor”u tərk edən Pərviz daha bir şok yaşadı

"Pərviz Abdullayev ən azı mayın ortasınadək Dominikanda qalacaq. Ondan əvvəl "Survivor”dan çıxanlar da həmin ölkəni tərk etməyib. Onlar hamısı oteldə qalır”.

Bunu oxu.az-a "Kobra” ləqəbli kikboksçumuz Pərviz Abdullayevin şəxsi məşqçisi Mehman Umudov deyib.

O, dünən SMS səsverməsi ilə "Survivor” yarışını tərk etmiş Pərviz Abdullayevin Bakıya qayıtmayacağını bildirib:

"İndi heç bir ölkəyə uçuş yoxdu. Uçuş olsa, ABŞ-a, ordan da Türkiyəyə getməlidi. ABŞ bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb. Türkiyədə də karantinə alınacaq. Elə Dominikanda qalsa, yaxşıdı”.

Qeyd edək ki, Şimali Amerika materikində – Karibyanı dəniz hövzəsi ölkəsi olan Dominikan Respublikasında 1956 nəfər koronavirusa yoluxub. Lakin həmin ölkədə hələlik ölüm faktı qeydə alınmayıb.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR