Svitolina:

Svitolina: "Serenaya qarşı ələ düşən şanslardan maksimum istifadə etməliyəm"

Elina Svitolina "US Open"in yarımfinalında Serena Vilyamsla qarşılaşacaq.

Ukraynalı tennisçi matç haqda fikirlərini bölüşüb:

"Təbii ki, Serena ilə oynamaq böyük çağırışdı. Amma yarımfinalda rəqibin kimliyi o qədər də fərq etmir. Kimsə yarımfinala kimi irəliləyibsə, deməli, yaxşı oynayır. Qələbə qazanmaq üçün yaxşı oyun nümayiş etdirmək lazımdı.

Serena əsl çempiondu. Təbii ki, ona qarşı çətin olacaq. Servisinin yaxşı olması hamıya məlumdu. Gözləntilərim də bu yöndədi. Sürətli şəkildə reaksiya verməli və ələ düşən şanslardan maksimum istifadə etməliyəm.

Digər matçlarda olduğu kimi, çox qaçmalı olacam. Bu, normaldı. Ayaqlarımla tez reaksiya verməyə çalışmalı, kəskin zərbələrə cavab verməliyəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR