Taekvando millimiz Özbəkistana yollandı

Taekvando millimiz Özbəkistana yollandı

Təlim məşq toplanışı başa vuran taekvando üzrə yeniyetmələrdən ibarət millimiz dünya birinciliyinə qatılmaq üçün artıq Özbəkistan paytaxtı Daşkənd şəhərinə yola düşüb.
 
Sport7.az xəbər verir ki, 7-10 avqust tarixlərində keçiriləcək yarışda millimizin üzvləri 10 çəki dərəcəsində mübarizə aparacaq.

7 oğlan və 3 qız taekvoçu ilə birinciliyə yollanan millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun sərəncamında olan oğlan
taekvondoçulardan Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Fərid Əliyev (49 kq), Nizami Hacıyev (53 kq), Asim Əlimov (65 kq yuxarı), qıızlar arasında isə Zemfira Həsənzadə (29 kq), Nəzirə Ölməz (47 kq), Səmmərux Osmanova (51 kq)
medallar uğrunda yarışacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR