Taekvandoçularımız 4 medal qazandı

Taekvandoçularımız 4 medal qazandı

İsveçin Helsinqborq şəhərində Avropa regionu üzrə sayca 5-ci olan "Prezident Kuboku” davam edir.

Sport7.az xəbər verir ki, turnirə qatılan millimizin dörd üzvü artıq adlarını mükafatçılar sırasına yazdırıb.

Komandamızın üzvü Payam Qobadi Oğaz 87 kü çəki dərəcəsində qızıl medala sahib olaraq yarışın qalibi olub. Digər taekvondoçulardan Ayxan Tağızadə (-74 kq), Radik İsayev (87 kq yuxarı) və Patimat Abakarova (53 kq) yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Milli komandanın taekvondoçuları, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə fevralın 22-də keçiriləcək "Helsinqborq Open” beynəlxaq turnirində də qüvvələrini sınayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR