Taekvondo Federasiyası yeni sistemə keçdi

Taekvondo Federasiyası yeni sistemə keçdi

Dünya Taekvondo Federasiyası DTF Qlobal Üzvlük Sisteminin (GMS), Azərbaycan Taekvondo Federasiyasında tətbiqinə dair təqdimat və seminar keçirilmişdir.
 
Sport7.az xəbər verir ki, təqdimat, DTF Qlobal Sisteminin meneceri, Sərvər Şamusarov tərəfindən yenilik və üstünlüklər izah olunmaqla keçirilmiş, və sistemin ölkəmizdə tətbiqi barədə prosedurları Azərbaycan Taekvondo Federasiyasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri və sistemin Azərbaycan üzrə koordinatoru Cəlal Səfərov tərəfindən iştirakçılara izah olunmuşdur.

Dünya Taekvondo Federasiyasının yeni qərarına əsasən, bütün üzv ölkələr 2021-ci ildən etibarən, məcburi qaydada bu sistemə qoşulmuş olmalı, ölkədaxili bütün Taekvondo tədbirlərinin məhz bu sistem üzərindən keçirilməsini təmin etməlidir. Sistemin verdiyi üstünlüklər, ölkədə yerli yarışlara canlı (online) qeydiyyat, püşkatma, yarışların gedişatı (OVR), yarış sonu statistik məlunatların təmin olunması, habelə, ölkədaxili reytinqlərin çıxarılmasına şərait yaradır.

Azərbaycan Taekvondo Federasiyası da qoşularaq, bu sistemin 2021-ci ilə qədər artıq hazır olması barədə qərar qəbul etmişdir. Belə ki, bu ilin mart ayından etibarən bütün daxili, regional həmçinin, ölkə birincilikləri yalnız bu sistemlə keçiriləcəkdir. Digər formada keçirilən yarışlar Federasiya tərəfindən rəsmi tanınmayacaqdır.

Bu səbəbdən bütün taekvondoçu və məşqçilərin Dünya Taekvondo Federasiyasının qlobal üzvlüyünə qəbulu labüddür. Üzvlük barədə tələb olunan sənədlər toplusu barədə məlumat yaxın günlərdə elan olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR