Taekvondo Federasiyasında Avropa çempionu ilə görüş

Taekvondo Federasiyasında Avropa çempionu ilə görüş

Bu gün Azərbaycan Taekvondo Federasiyasında (ATF) parataekvondo üzrə son Avropa çempionu Aynur Məmmədova ilə görüş keçirilib.
 
Sport7.az xəbər verir ki, görüşdə ATF-nın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, baş katib Həmdiyyə Məmmədov, Nəzarət-Təftiş komissiyasının sədri Vüqar Məmmədov, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov iştirak edib.

Avropa çempionatından söz açan Nağı Səfərov Olimpiada öncəsi yarışın hər bir idmançı üçün çox önəmli olduğunu və Aynurun bu vacib yarışda əzmkar mübarizə apararaq qələbə qazandığını qeyd edib. Gələn il keçiriləcək lisenziya yarışına hazırlaşıb olimpiadaya linsenziya qazanmağı tövsiyə edən Nağı Səfərov bir daha idmançmızı təbrik edib, ona uğurlar arzulayıb.

Komanda ilə birlikdə çempionatda idmançılarla birlikdə olan Niyaməddin Paşayev isə yarışın əvvəlki illərlə müqayisədə daha da maraqlı və güclü keçdiyini vurğulayıb. "Parataekvondo idman növünün Olimpiadaya daxil edildiyini nəzərə alsaq həm idmançıların sayı, həm də çempionatın səviyyəsi artıb. Döyüşlər gərgin və maraqlı keçir. Aynur döyüş vaxtı aldığı zədəyə baxmayaraq sona qədər döyüşdü və qələbə qazandı. Mən də öz növbəmdə Aynuru təbrik edir, ona gələcək yarışlarda da bol-bol şanslar arzulayıram!”

Parataekvondo milli komandanın baş məşqçisi Fərid Tağızadə yaradılan şəraitə görə federasiyanın rəhbər heyətinə təşəkkürü edib. "Qazanılan uğurda hər birinizin əməyi var və gələcək yarışlarda da əldə olunan uğurları sıralamağa çalışacağıq”.

İkiqat dünya və dördqat Avropa çempionu Aynur Məmmədova döyüşlərinin heç də asan olmadığını vurğulyaıb. ”Döyüş zamanı ayaq barmağımdan zədə aldım amma sındığını qələbədən sonra, yəni döyüş bitdikdən sonra bildim. Medalı necə olursa olsun qazanmalı idim. Və sona qədər mübarizə aparıb qalıb olaraq qızıl medalı növbəti dəfə vətənə gətirdim. Bütün əziyyəti olanlara və xüsusi ilə baş məşqçimiz Fərid müəllimə təşəkkür edirəm”.

Baş katib Həmdiyyə Məmmədov, Nəzarət-Təftiş komissiyasının sədri Vüqar Məmmədov da qalibi və məşqçi heyətini təbrik edib, qələbələrin davamlı olmasını arzulayıb.

Sonda xatirə şəkli çəkilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR