Taekvondo üzrə kubok keçiriləcək

Taekvondo üzrə kubok keçiriləcək

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvondo üzrə III "Ümid Kuboku" Beynəlxalq Açıq Brinciliyi keçiriləcək.
 
Sport7.az xəbər verir ki, 18 yanvarda start götürəcək yarış iki gün davam edəcək. Abşeron Olimpiya Kompleksində təşkil olunan yarışda 2009-2010 və 2011-2012-ci il təvəllüdlü uşaqlar, 2006-2008-ci il təvəllüdlü yeniyetmələr, 2003-2005-ci il təvəllüdlü gənc taekvondoçular qüvvələrini sınayacaq.

"DAEDO İnternational” taekvondo sistemilə keçiriləcək yarışa rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının hakimlər komitəsi və "Ümid” taekvondo klubu həyata keçirir.
 
Turnirdə mükafatçılar sırasında yer alan idmançılar "Ümid” taekvondo klubunun müvafiq diplom və medalları ilə təltif olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR