Taekvondoçular İspaniyaya yollanır

Taekvondoçular İspaniyaya yollanır

Bu gün yeniyetmə taekvondoçulardan ibarət yığma komandamız, baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə İspaniyanın Marina Dor şəhərinə yollanır.

Sport7.az xəbər verir ki, oktyabrın 1-3 tarixlərində keçiriləcək Avropa birinciliynə 11 idmançı ilə qatılacaq millimizin məşqçi heyəti 6 oğlan və 5 qız taekvondoçuya şans verəcək.

Komandanın heyətində oğlanlardan Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Nizami Hacıyev (53 kq), Asim Əlimov (63 kq yuxarı), qızlardan isə Zemfira Həsənzadə (29 kq), Fatimə Hsənova (37 kq), Leyla Bəşirova (-47 kq), Səmməruh Osmanova (51 kq) və Mədinə Kərimova (59 kq yuxarı) yer alıb.

Komanda 4 oktyabırda vətənə dönəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR