Taekvondoçularımız səfir kubokunda 3 medal qazandı

Taekvondoçularımız səfir kubokunda 3 medal qazandı

Bu gün Koreyanın Muju şəhərində Koreya Səfiri Kuboku keçirilib.

Sport7.az xəbər verir ki, hər il Koreya səfirliyi taekvondo idman növü üzrə yarışlar təşkil edir. Bu il baş tutan yarışların qalibləri arasında isə ilk dəfə olaraq dünya çempionatı keçirilib.

Respublikamızda da artıq bir neçə ildir səfir kuboku yarışları təşkil olunur. Builki turnirdən seçilən üç idmançımız ölkəmizi dünya birinciliyində təmsil edib və hər üçü mükafatçılar sırasında yer alıb.

Koreya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə yarışa qatılan Məmməd Abdullayevin yetirmələrindən Səyyad Dadaşov (-51 kq) və Yaşar Məmmədli (-55 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Digər idmançımız Riyad Şirəliyev (-55 kq) isə çempionatın bürünc medalla sahib olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR