Taekvondoçularımızdan Almaniyada daha 2 medal

Taekvondoçularımızdan Almaniyada daha 2 medal

Almaniyada uşaqlar arasında keçirilən Avropa birinciliyinə bu gün yekun vurulub.

Sport7.az xəbər verir ki, son gün daha iki taekvondoçu mükafatçılar sırasında yer alıb.

22 kq çəki dərəcəsində yarışa qatılan Elmira Bayrak (Sumqayıt Təhsil) və Süleyman Həsənov (26 kq, Gədəbəy GİK) bürünc medal qazanaraq öz çəki dərəcələrində Avropa üçüncüsü olub.

Yarışın ilk gün "Ümid” taekvondo klubunun yetirməsi olan Mehdi Budaqlı (27 kq) qızıl medala, Aydın Süleymanov (32 kq, Sumqayıt Təhsil), Mürşüd Qasımov (39 kq, "Əmin" t.k.) və Tamerlan Yaqubov (29 kq, FHN) gümüş medala, Fərdi Quşxani (35 kq, "Ümid" t.k.) isə bürünc medala sahib olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR