Taekvondoçumuz Yaponiyada hamıdan güclü oldu

Taekvondoçumuz Yaponiyada hamıdan güclü oldu

Yaponiyada təşkil edilən Gran Pri turnirinə bu gün yekun vurulub.
 
Sport7.az xəbər verir ki, Çiba şəhərində keçirilən G4 kateqoriyalı yarışın son günü 80 kq çəki dərəcəsində mübarizəyə qatılan Milad Beigi Hərçəqani qızıl medala sahib olub.

İdmançımız fransalı İsmail Souhili, ardından ispaniyalı Daniel Barreranı və italya təmsilçisi Simone Allesionu yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda xorvatiyalı Toni Kanaetə qarşı döyüşdən də qalib ayrılan Milad həlledici qarşılaşmada rusiyalı Anton Kramtçova qalib gəlib.

Beləliklə, 8 taekvondoçu ilə Gran Pri turnirinə qatılan millimiz ikinci medalını qazanır. Dünən yarışa qatılan taekvondoçumuz Radik İsayev isə yalnız yarımfinalda məğlub olaraq bürünc medala layiq görülmüşdür.
 
Növbəti Gran Pri yarışları Bolqarıstanın paytaxtı Sofiya (18-20 oktyabr) şəhərində, final mərhələsi isə Moskvada (6-7 dekabr) keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR