Tanınmış mütəxəssis Azərbaycana rəqib oldu

Tanınmış mütəxəssis Azərbaycana rəqib oldu

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Serbiya yığmasının yeni baş məşqçisi açıqlanıb.

Sport7.az xəbər verir ki, komandanın sükanı arxasına Draqan Stoykoviç gətirilib.

56 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR