Tarıverdiyevin cəriməsini

Tarıverdiyevin cəriməsini "Neftçi" ödəyəcək yoxsa..?: "Kodeksə əməl etmirsə..."

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Premeyr Liqanın 3-cü turu çərçivəsində keçirilən "Neftçi – "Sumqayıt” matçında yaşananlarla əlaqədar qərarının dəyişməsini xəbər vermişdik. 

Sport7.az xəbər verir ki, İntizam Komitəsi "Neftçi”nin məşqçisi Etibar Tarıverdiyevin rəqib çalışdırıcı Ayxan Abbasovu vurmasına görə Tarıverdiyevi 20 oyunluq cəzalandırmış, üstəlik kluba 16000 manat məbləğində cərimə kəsmişdi. Ancaq apellyasiya şikayətindən sonra məsələyə baxan komitə sözügedən cəza və cəriməni tam yarıbayarı azaltmışdı. Məşqçinin iştirak edə bilməyəcəyi oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə isə 16000 manatdan 8000 manata endirilmişdi. Maraqlıdı bəs klub bununla bağlı hansı addımları atıb? Hər halda daxili etik kodeksə görə məşqçi də cəzalanmalı və ən azından maaşından pul tutulmaqla cərimələnməlidi. Bəs bu cəza və cərimələri klub ödəyəcək yoxsa Tarıverdiyev? Sualımıza cavab almaq üçün "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevlə danışdıq.
 
Rüstəm bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Hadisə baş verən günün səhərisi klub rəhbərliyi həm futbolçular, həm də məşqçilərlə görüş keçirib, lazımi iradlarını bildirdi. O cümlədən də Etibar müəllimə. İnsan harda işlədiyini bilməlidi, istənilən vəziyyətdə özünü idarə etməyi bacarmalıdı. Başa düşürük emosiyalarını qoruya bilmədi. Oyunun gedişatı onun hərəkətlərinə təsir etdi. Cərimə və cəza bildiyiniz kimi dünən açıqlandı. Məbləğ və cəza müddəti aşağı salındı. Cərimələrin klub yaxud məşqinin özü tərəfindən ödənilməsi, hansı formada oluncağı haqda isə məndə konkret informasiya yoxdu. Ola bilsin ki, cəriməni klub qarşılayar və daha sonra həmin məbləğ Etibar müəllimin maaşından tutular. Müxtəlif variantlar var. Klubun daxili etik kodeksi mövcuddu. Klub hər bir kəslə müqavilə bağlayanda, həmin şəxs kodeksə də qol çəkir. Sonra əməl etmirsə, təbii ki, daxildə də müəyyən cərimələr nəzərdə tutulur".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR