Tayron Lyu

Tayron Lyu "Klippers"də Dok Riversin köməkçisi olacaq

Tayron Lyu "Klippers"də baş məşqçi Dok Riversin köməkçisi kimi çalışacaq.

"The Athletic"in xəbərinə görə, tərəflər arasında razılıq əldə olunub. Lyu 2013-14 mövsümündə Los-Anceles klubunda Riversin köməkçisi olub. Daha əvvəl isə onlar birlikdə iki mövsüm "Boston"un məşqçilər ştabında yer alıb.

Lyu 2016-cı ildə "Klivlend"in baş məşqçisi kimi NBA-nın qalibi olub. 42 yaşlı mütəxəssisin adı "Leykers"lə birlikdə hallanırdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR