Təcavüzə görə həbs edilən millimizin sabiq baş məşqçisi bağışlandımı?

Təcavüzə görə həbs edilən millimizin sabiq baş məşqçisi bağışlandımı?

Avstriya Ali Federal Məhkəməsi cüdo yığmamızın sabiq baş məşqçisi Peter Zayzenbaxer barədə çıxarılan 5 illik həbs qərarını qüvvədə saxlayıb.
 
Sport7.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada açdığı məktəbdə 3 azyaşlı qıza seksual təcavüz etdiyi ötən ilin dekabrında sübuta yetirilmiş ikiqat olimpiya çempionunun apellyasiya şikayəti rədd edilib.

Bu isə o deməkdi ki, artıq son sözü Vyana Regional Ali Məhkəməsi deyəcək.

Xatırladaq ki, cinayət işi açılan zaman özünə saxta pasport düzəldərək Avstriyadan qaçan Peter Ukraynada həbs olunmuşdu.
 
Zayzenbaxer 2012-2013-cü illərdə cüdo millimizi çalışdırıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR