"Təəssüf ki, yaxşı oyuna xal verilmir" - Şahin Diniyev

Topaz Premyer Liqasının VI turu "İnter” üçün uğurlu alındı. Sport7.az xəbər verir ki, paytaxt klubu "İnter Arena”da "Kəpəz”i 1-0 hesabı ilə məğlub etdi.

Qarşılaşmadan sonra qonaqların baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini açıqlayıb:
 
"Əvvəla, bayramınızı təbrik edirəm. Gəncədən buraya gələn azarkeşlərə öz minnətdarlığımı bildirmək istərdim. Çox təəssüf ki, yaxşı oyuna xal verilmir. Mənim komandam indi layiqli yerdə deyil. Çempionatın gedişində öz yerimizi tutacağıq. Futbolçulara təşəkkürümü bildirmək istəyirəm. Maksimum oyun sərgilədilər. Sadəcə, bəxtsizlikdən bu oyunda məğlub olduq. Oyunçular arasında hələ ki anlaşılmazlıq mövcuddur. Zamana ehtiyacımız var. Bugün Prosineçki də oyunu izləyirdi.  İstərdim ki,  "Kəpəz” də milli üçün oyunçu yetişdirsin."İnter”i təbrik edirəm. Şansından maksimum yararlana bildilər. Amma mənim komandam bu oyunda daha yaxşı oynadı və məğlubiyyətə layiq deyildi".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR