Təkzib etdi:

Təkzib etdi: "Koronavirusa yoluxmamışam"

Rusiyalı boksçu Yevgeni Tişenko koronavirusa yoluxması ilə bağlı yayılan xəbəri təkzib edib.

Sport7.az xəbər verir ki, 29 yaşlı olimpiya çempionu məsələ ilə bağlı TASS-a danışıb. O, koronavirus testinin nəticəsinin mənfi çıxdığını bildirib.

Aprelin 30-da analiz verdiyini deyən təcrübəli idmançı açıqlamasında, "Bunu kimin yazdığını bilmirəm. Testdən keçdim və nəticə mənfi oldu. Bir sözlə, yazılanlar həqiqət deyil" sözlərini söyləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR