Təmsilçimiz məğlub oldu

Təmsilçimiz məğlub oldu

İyulun 3-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda "Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək.

Sport7.az xəbər verir ki, yarımfinal görüşlərində rusiyalı şahmatçı Yekaterina Laqno həmyerlisi Valentina Qunina, Anna Uşenina (Ukrayna) Sarasadat Hademalşarieh (İran) ilə mübarizə aparacaqlar.

Yarışın 1/8 final mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə Yifana məğlub olaraq mübarizəni dayandırıb.

Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.

Qran-Pri dörd mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri üç mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR