Təmsilçimizdən 3 tura 2,5 xal

Təmsilçimizdən 3 tura 2,5 xal

Azərbaycan şahmatçılarının da iştirak etdiyi blits üzrə "World Online Open” turniri davam edir.

Sport7.az xəbər verir ki, onlayn turnirdə ölkəmizi təmsil edən Eltac Səfərli 3 turun nəticəsinə görə 2,5 xal toplayıb. O, bu nəticə ilə turnirin liderindən 0,5 xal geri qalır. Digər təmsilçimiz Vüar Rəsulov isə hələ ki, xalsızdır.

Yarışda 140 şahmatçı mübarizə aparır. Onlardan da 60-ı qrossmeysterdir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR