Tərim 3 nəfərdən polisə şikayət etdi - Təhqirə görə

Tərim 3 nəfərdən polisə şikayət etdi - Təhqirə görə

"Qalatasaray”ın baş məşqçisi Fatih Tərim 3 nəfərdən polisə şikayət edib.
 
Sport7.az xəbər verir ki, bu barədə mütəxəssisin vəkili Rezan Epözdəmir məlumat verib. 
 
Buna səbəb Tərimin koronavirus testi pozitiv çıxdıqdan sonra həmin şəxslərin onu təhqir etməsidir. O isə, sağalıb xəstəxanadan ayrıldıqdan sonra şikayət ərizəsi yazaraq onların həbs edilməsini istəyib. 
 
Mətbuata danışan vəkil bildirib ki, "Ertoğrul Sarıtaş adlı istifadəçi "tvitter”də Tərimlə bağlı "Allahın sopası yoxdur, bunu da Tərimin şərəfinə içirik” yazmışdı. Bu, məşqçinin etibarının zədələyib. "Themanyedek” adlı "tvitter" istifadəçisi isə xəstəliyin açıqlandığı gün "Tərim layiq olduğuna çatdı, betər olsun”, deyə şərh yazmışdı. "Hesapver4” adlı istifadəçi isə "sənin kimi yalançl, vətən xaini, fırıldaqçı bir daha dünyaya gələ bilməz” kimi sözlərlə baş məşqçini təqir edib. Hər üçündən şikayət etdik”. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR