Tərlan Əhmədov:

Tərlan Əhmədov: "11 xal ilk dövrə üçün normaldı"

"Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Sport7.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Zirə" ilə oyundan fərqli olaraq, bu görüşün ilk hissəsində bir az arxayınlıq vardı. İkinci hissədə hər iki komanda baxımlı oyun sərgilədi. Bərabərlik ədalətli nəticə oldu. Komandamın mübarizəsindən razı qaldım. Bizim vaxtımız az idi. Hazırlıq üçün 4 gün vaxtımız vardı. Buna baxmayaraq, komandam normal çıxış etdi. Hücumdakı çıxışımız çox da ürəyimcə olmadı.
 
Sezarın yüngül zədəsinin olması bizə irəliyə çıxmaqda mane olurdu. İlk hissədə külək bir az güclü idi. Ancaq bunu bəhanə etmirəm. "Sumqayıt"ın ilk dəqiqələrdən təzyiq göstərəcəyini bilirdim. Onlar bu meydanda yaxşı oynayırlar. İlk dövrədə 7 oyuna 11 xal topladıq, amma bu nəticə daha yaxşı ola bilərdi. İstənilən halda bu, bizi qane edir. Səhvlərimizdən düzgün nəticə çıxarmalı, fasiləni yaxşı dəyərləndirməliyik. 11 xal ilk dövrə üçün normaldı”. (Matc.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR