Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Həmin şəxsə futbol oynayaraq, yerini göstərdik"

Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qarabağ"a qalib gələn AZAL məğlubiyyətsizlik seriyasını 6-ya çıxardı. Sport7.az xəbər verir ki, Şüvəlan təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov ötən gün keçirilən qarşılaşma ilə bağlı suallarımı cavablandırıb:

- Komandanız bu gün hansı kompanentlərdə "Qarabağ”ı üstələdi?
- Bir-bir sadalamaq istəmirəm. Sadəcə, istəkdə, əzmkarlıqda qələbə qazanmağa nail olduq.

- Yayda müsahibənizdə bildirmişdiniz ki, komanda Premyer Liqada qalmaq uğrunda vuruşacaq. Bunu bacarsaq, böyük uğurdu. İndi isə görürük ki, AZAL-ı artıq avrokuboklara vəsiqə verən yerlərdən elə də çox xal fərqi ayırmır. Artıq komandanızı avrokuboklara çıxmaq uğrunda mübarizə apardığını düşünmək olarmı? Nəzərə alaq ki, "İnter” və "Zirə” kimi komandalar vəsiqə qazansalar belə, məlum səbəblərdən qitə turnirinən kənar qala bilərlər...
- Başqasının bədbəxtçiliyi üzərində xoşbəxtçilik axtarmaq düzgün deyil. Düzdü, mövsümün əvvəlində komandanı yeni yığanda həddən artaq çox kənar qüvvələr işimə çox müdaxilə edirdilər. Biri deyirdi, "flan futbolçu belədi”, digəri deyirdi ki, "bu oyunçularla neynəyəcəksən”. Yenə də düşünürdüm ki, bu yükün altına girmişəmsə, nəsə olmalıdı. İlk 5 turda məğlub olanda, mənə dedilər ki, 6 xal toplaya bilsən böyük uğurdu. Mən dedim ki, biz 6 xal yox, daha çox toplayacağıq. 6-cı tur ilk xalımızı qazanıb, ardınca isə "Rəvan”ı evdə udduqdan sonra komandanın gücünün nə olduğunu bildim. Kənar təsir olmasa, işləməyə nə var ki? 5 oyunda xal qazana bilmədikdən sonra, mətbuatda çox şey yazdılar. Düzdü, AZAL-ın tarixində bu cür uğursuzluq olmamışdı. Amma nəzərə almaq lazımdı ki, AZAL-ın tarixində də belə büdcə olmamışdı. Bunu da nəzərə almadan yazırdılar. Amma heç kim sonda yazmadı ki, 5 oyunda qolsuz, xalsız qalan komandanın ilk yarının son 5 görüşdə də 13 xal toplayıb, və qol buraxmayıb. Bu gün isə avroliqaya düşmək şansımız var. Mən istəyirəm bu mövsüm çempion olaq. Bu, mənim istəyimdi. Amma reallıq nədi? Qarşıda 17 tur var. Bu müddət ərzində nə qədər xal toplyacağımızı bilmirəm. Bizdən irəlidə olan "Kəpəz”in hansı nəticələr qazanacağını da bilmirəm. 7 xal irəlidə olmağımıza baxmayaraq, arxadan "Sumqayıt” da gəlir. Bu gün mənim istəyimlə olmur. Reallıq nədisə, o yolla da davam etməyə çalışacağıq. Əgər şans varsa, maksiuum istifadə etməyə çalışacağıq. 

- Qıraq amilləri dediniz. Mətbuatdan kənar işinizə müdaxilə edən insanlar var?
- Klub rəhbərliyindən heç kim işimə müdaxilə eləmir. Sadəcə, futbol ictimaiyyətində təsirlə çox olur. Əgər işimə qarışılsa, həmin dəqiqə postumdan gedərəm. Artıq 2 ildi buradayam, amma nə sözümüzü yerə salmayıblar, nə də ki, işimizə qarışıblar. 

- Qıraq amillər sadəcə, mətbuatdı?
- Sizin yazmağınıza mən heç vaxt müdaxilə etməmişəm, çünki işiniz budu. Bayaq qeyd etdim ki, bu insanlar futbol ictimaiyyətindədi. Mətbuatın işi pisi – pis, yaxşını – yaxşı yazmaqdı. Amma hərdən olur ki, yaxşını yazmırsınız (gülür).

- Belə başa düşdük ki, sizin komandanı yaşadan prinsipdi...
- Bu gün komandanı futbolçuların öz həyat və futbol oynamaq prinsipidi. Tərlan da, bu futbolçular da olmasa, AZAL bu gün yaşayacaq. Kimlərin oynamasından və komandanın hansı liqada yarışmasından asılı olmayaraq, komanda yaşayacaq. Bu gün çıxış edən futbolçuların çoxunu siyahıdan silmişdilər, onlar bu prinsiplə oynayır. O vaxt ən əziz məşqçim mənə demişdi ki, "bəlkə futbolu atasan?”. Amma ondan sonra 2 il ardıcıl ilin futbolçusu seçildim və ən gözəl də qolları vurdum. Bunu sübut etdim ki, mən bunu bacarıram. İndi futbolçularım da prinsipləri və özlərinə sübut etmək üçün çalışırlar. 

- İlk yarının sonlarında qeyd etmişdiniz ki, qış fasiləsində meydandankənar bəzi amillərdə müsbət dəyişikliklər olacaq. Oldumu?
- Bu gün komandaya bir neçə futbolçu cəlb etdik, bəzi şeylərdə dəyişiklik oldu. Yalnız icarə əsasında çıxış edən Müşviq Teymurovu yola saldıq. Artıq gələn ili də düşünürü ki, bu mövsüm komandanın özəyini quraq və heç kim icarə əsasında çıxış etməsin. Hamısı bizə məxsus olsun. Bundan başqa, komandaya 5 yeni futbolçu cəlb etmişik. Klub prezidenti sağ olsun ki, bizə dəstək oldu, bəzi güzəştlər etdi. 

- Qazanılan uğurlardan bəs, yayda daha da yaxşı dəyişikliklər gözlənilir?
- Hazırkı reallıq odu ki, bu büdcə ilə bu komanda durub. Bu komandanı yaya çatdırmaq lazımdı. Hansı səviyyədə və hara layiqiksə ora çataq, sonrasını fikirləşərik. Yayda bəlkə daha çox pul ayrıldı və ya əksinə. 

- "Neftçi” ilə oyundan sonra AZAL-a küçə komandası deyildiyini bildirmişdiniz. Bayaq da qıraq amilləri qeyd etdiniz. Bu gün belə düşünmək olar ki, futbol ictimaiyyətində sizin ayağınızın altını qazan var və siz kimdənsə incimisiniz?
- Xeyr, mən heç kimdən incik deyiləm. Onda gərək mən mətbuat nümayəndələrinin çoxu ilə küsülü olum. Hərdən fikirləşirəm ki, bəzi məsələlərdə kimlərəsə nəyisə sübut etmişəm. Heç vaxt VİP—lojada əyləşmirəm, oranın oturacaqlarının nə rəngdə olduğunu belə bilmirəm. Amma orada 2 nəfərin arasında olan sözbəti görürsən ki, hamıya gəlib, çatır. Bu, Azərbaycan reallığıdı. Orada olan "küçə komandası” söhbəti, mənim istənilib-istənilməməyim deyil, tamamilə başqa frazada işlənilmiş söhbət idi. Həmin şəxsə də biz, futbol oynayaraq, yerini göstərdik. Bizim nə "Neftçi” ilə, nə də ki, "Neftçi”də işləyən bir şəxslə küsülülüymüz yoxdu. Həmin adam 1 nəfərdi ki, o sözü işlətmişdi. Ona da cavab verildi. Amma komandanı yeni yığmağa başlayanda Rail Məlikov, Tagim Novruzov və s.  futbolçular haqqında çox söhbətlər oldu. 5 oyunda da deyirdilər ki, "görürsən?”. Heç rəhbərliyim mənə o qədər söz demirdi, amma qıraq amillər işimə qarışmaq istəyirdi. Ancaq 22 xal toplayandan sonra deyirlər ki, "görürsən, Rail də, Tagim də necə oynayır”. Dedim bəs, nə oldu 2 ay əvvəl başqa söz deyirdiniz. Bu həyatdı hamı məni istəyə bilməz, həyatın qanunudu. Futbolçularıma təşəkkür edirəm ki, özləri-özlərinə sübut edirlər. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR