Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Sonuncu yerlərdəki komandalarda təzyiq həmişə çox olur"

"Komandamın mübarizəsindən razı qaldım".
 
Sport7.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib. Azərbaycan Premyer Liqasının 21-ci turunda "Zirə"nin qonağı olan "Keşlə" 0:2 hesablı məğlubiyyətə üzülüb. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Əhmədovun şərhi belə olub: "Düzdü, səhvlər var. Amma məhz bu səhvlərin qurbanına çevrildik. Mübarizə, istək var idi. Bura 3 xal üçün gəlmişdik. İtkilərimiz var idi. David Kərimidən razı qaldım. Sərtan da zədəlidi. Ümumilikdə əvvəlki oyunlarla müqayisədə irəliləyiş var".

- Penaltini qaytardıqdan sonra oyununuzda canlanma hiss olundu. Amma tempi davam etdirə bilmədiniz.
 
- Komanda 90 dəqiqə mübarizə aparırsa, dayanmırsa, deməli, gücsüzlükdən söhbət gedə bilmir. Buraxılan iki qol həlledici oldu. Bilirdik ki, rəqib əks-hücuma yaxşı çıxır. İrəlidə 5 əcnəbi oyunçuları var. Onların qarşısı alınmalı idi. Amma sönük oyun göstərmədik. Baxımlı oyun var idi. Biz də qalib gələ bilərdik, qol epizodlarımız oldu. Qarşıya ümidlə baxırıq".

- Turnir cədvəlində komandalar bir-birinə yaxındı. Bu amil təzyiq yaradır?
 
- Sonuncu yerlərdə olan komandalarda təzyiq həmişə çox olur. Eyni zamanda çempionluğa oynayan klubda. Bu da təbii haldı. Nə qədər təzyiq çox olsa, daha möhkəm olmalıyıq. Bu, bizə əlavə stimul olmalıdı. Səhvlərimizin üzərində çalışıb, daha yaxşı nəticələr göstərməyə çalışacağıq.

- AFFA-da bildirdilər ki, Kamran Ağayevin yığmaya çağırılmaması zədə ilə bağlı deyil. Necə düşünürsüz, Kamran yığmaya layiq deyil?
 
- Bu sualın mənə aidiyyəti yoxdu. Yeni baş məşqçi var və onun öz baxış tərzi mövcuddu. Seçim onundu. Biz də hörmətlə yanaşmalıyıq. (matc.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR