Teymur Rəcəbov Aronyanı məğlub etdi

Teymur Rəcəbov Aronyanı məğlub etdi

Dünyanın məşhur şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb.

Sport7.az xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Ümumilikdə Rəcəbov dünən keçirdiyi 5 oyundan 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb.

Ermənistanlı Levon Aronyanla yanaşı, 33 yaşlı qrossmeyster qara fiqurlarla VI turda iranlı Alireza Firuzcanı və VIII turda polşalı Yan-Kşiştof Dudanı da məğlub edib. Rəcəbov IX turda ağ fiqurlarla çinli Dinq Lirenə uduzub. X turda isə o, qara fiqurlarla niderlandlı Aniş Giri ilə heç-heçə edib.

Beləliklə, xalını 5-ə çatdıran Rəcəbov 10 turdan sonra ispaniyalı David Anton və iranlı Alireza Firuzca ilə birgə 8 - 10-cu yerləri bölüşür.

Ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR