Teymur Rəcəbov:

Teymur Rəcəbov: "Hücum qurmaqda çətinlik çəkdim"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019"  superturnirində 4-cü turun oyunları yekunlaşıb.
 
Sport7.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə  oynayıb. 

Rəcəbov mətbuat konfransında nəticənin ədalətli olduğunu bildirib: "Oyunda fərqli gedişlər görmədik. Bərabər mübarizə getdi. Heç kim üstünlük qazanmadı. Fiqurları dəyişsək belə vəziyyət düzəlmədi. Belə güclü turnirdə adətən risk az olur. Bu mənada heç-heçə qaçılmaz oldu".

Hollandiya təmsilçisi Aniş Giri də həmkarının dediklərini dəstəkləyib. Onun fikrincə ağlarla oynamasına baxmayaraq hücum qurmaqda çətinlik çəkdi: "Əslində belə oyunlarda qara fiqurların qarşısını kəsməyi bacarıram. Hücum qurmaqda isə çətinlik çəkdim. Teymur səhv etmədi. Artıq gedişlərimiz təkrar olunacaqdı. Ona görə heç-heçə normal nəticədir. Hər bir şahmatçı qələbə qazanmaq istəyir, sadəcə həmişə istədiyini əldə etmək olmur".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR