Teymur Rəcəbov iddiaçılar turnirindən imtina etdi

Teymur Rəcəbov iddiaçılar turnirindən imtina etdi

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina edib.

Sport7.az xəbər verir ki, bu haqda Beynəlxalq Şahmat Federasiyası (FIDE) rəsmi məlumat yayıb. Belə ki, tanınmış qrossmeysterimiz şəxsi səbəblərdən bu addımı atıb. O, qərarı barədə FIDE-ni də xəbərdar edib. Ali şahmat qurumu Rəcəbovu reytinq siyahısında daha öndə olan fransalı Maksim Vaşye-Laqravla əvəzləyib. 

Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR