"The Athletic": "Qolden Steyt"in oyunçuları Kevin Dyurentə inanmır

"Qolden Steyt" oyunçuları Kevin Dyurentin final seriyasını zədə səbəbindən qaçırmasına şübhə ilə yanaşmağa başlayıb.

Bu barədə "The Athletic"in insayderi Sem Emik məlumat yayıb.

"Final seriyasının beşinci matçında "Toronto"ya məğlubiyyətdən sonra "Vorriorz"un paltardəyişmə otağında əsəblər gərilib. Kazıns, Luni və İqudala zədəli olmalarına baxmayaraq, "Rəptors"a qarşı oynayırlar. Oyunçular Dyurentin meydanda olmama səbəbini başa düşmürlər", - deyə Emik bildirib.

Kevin Dyurent "Hyuston" seriyasının beşinci oyununda baldırından zədə almışdı. O zamandan bəri ulduz basketbolçu komandasına kömək edə bilmir.

Qeyd edək ki, hazırda "Qolden Steyt" NBA final seriyasında "Toronto" qarşısında məğlub durumdadı - 1:3.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR